BELARUS RUSİYAYA "YOX" DEDİ! - ISW: “Putin Lukaşenkonu müharibəyə qoşulmağa razı sala bilməyib”

20/12/2022 - 16:02

Böyük ehtimalla Vladimir Putin Aleksandr Lukaşenkonu Belarusun Ukraynaya qarşı savaşa qoşulmasına razı sala bilməyib.

Qafqaz.media xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) belə qənaətə gəlib. İnstitut Putinin Belarus səfərinin nəticələrinə dair hazırladığı hesabatda bildirir ki, ölkə başçıları rəsmi açıqlamalarında Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi müharibəni müzakirə etməyiblər. Lakin onların hər ikisi Belarusun “Qərbin təhlükəsi” ilə üz-üzə olduğunu iddia ediblər.

ISW qeyd edir ki, Putinlə görüşdən sonra Lukaşenkonun Ukraynadakı müharibədə iştirakla bağlı ritorikasında hər hansı ciddi dəyişiklik olmayıb. İnstitutun mütəxəssisləri hesab edirlər ki, Putin Lukaşenkonun tezislərini qəbul etməli olub: “Kreml eləcə də Putinin Belarusu Rusiya ilə daha dərin inteqrasiyaya məcbur etməyə yönələn təzyiq məqsədlərini gizlətməyə çalışıb. Putin “Rusiya kimisə “udmaqda” maraqlı deyil” deyərkən Belarusu nəzərdə tutub”.

Putin və Lukaşenko razılaşdı: Birgə ordu yaradılır - Ajmedia.info

Hesabatda deyilir ki, Putinin sözçüsü Dmitri Peskov Minsk səfərindən öncə Rusiyanın guya Belarusu müharibəyə cəlb etmək fikrinin olmadığını bəyan edib. Ardınca da xatırladılır ki, həmin Peskov bu ilin fevralında, Ukraynaya qarşı savaş başlamazdan bir neçə gün əvvəl qətiyyətlə müharibənin başlamayacağını bəyan etmişdi. Sonda Putinin Minsk səfərini şərh edən mütəxəssislər belə qənaətə gəliblər ki, Rusiya başçısı Lukaşenkonu bu dəfə də razı sala bilməyib.