Belçika və İngiltərə arasında nüvə silahı ilə bağlı qalmaqal

25/11/2022 - 12:09

Belçika Böyük Britaniyaya nüvə başlıqlarının istehsalı üçün avadanlığın tədarükünü əngəlləyib.

Qafqaz.media xəbər verir ki, bu barədə “The Times” yazır.

Məlumata görə, Böyük Britaniya Avropa İttifaqından çıxdıqdan sonra belə tədarük üçün xüsusi lisenziya tələb olunur. Gözlənilirdi ki, bu, yalnız formal xarakter daşıyacaq, çünki hər iki ölkə NATO-nun üzvü olaraq qalır. Lakin birdən-birə nüvə silahlarına fəal şəkildə qarşı çıxan Belçikanın baş naziri sövdələşməni əngəlləyib.

Belçika hakimiyyət orqanları texnologiyanın, yəni radioaktiv tullantıların emal edilməsi üçün nüvə sənayesində istifadə olunan xüsusi yüksək təzyiqli izostatik presin ixracını əngəlləyib.

Bundan sonra Britaniya Belçikanın “FN Herstal” şirkətinin 600 milyon avro dəyərində olan pulemyotların tədarükü sifarişini ləğv etməklə hədələyib.

Qafqaz.media