“Biz onlardan qorxmadığımızı nümayiş etdirmək üçün…” - Prezident İranla qarşıdurmadan danışdı

25/11/2022 - 12:33

“Mən İranın üç keçmiş prezidenti - Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bu müddətdə vəziyyət heç vaxt indiki kimio lmayıb. İran heç vaxt bir neçə ay ərzində sərhədlərimizdə iki dəfə hərbi təlim keçirməyib. Heç vaxt Azərbaycana qarşı bu qədər nifrət və təhdidlə dolu bəyanatlar səsləndirməyib”.

Qafqaz.media xəbər verir ki, bunu Prezident İlham Əliyev “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı daha sonra əlavə edib: “Biz hər zaman Azərbaycan əleyhinə olan istənilən addıma, istər bəyanat olsun, istərsə də əməl, cavab vermişik və bundan sonra da cavab verəcəyik. Ona görə də, biz onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İranla sərhəddə hərbi təlimlərə başlamağa məcbur olduq. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların dünyəvi inkişaf vektorunu qorumaq üçün əlimizdən gələni edəcəyik. Onlar bizim millətin bir parçasıdırlar”.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02