BMT Təhlükəsizlik Şurası Laçın yolundakı vəziyyəti müzakirə edəcək? – ERMƏNİSTAN RƏSMİLƏRİNDƏN İDDİA...
20/12/2022 - 10:42
BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında Laçın yolundakı vəziyyət müzakirə olunacaq.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Vaan Hunanyan məlumat verib.
Onun sözlərinə görə, BMT TŞ-nin bugünkü iclasında Laçın yolundakı vəziyyət müzakirə ediləcəik.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz çıxarılmasına və həyata keçirilən ekoloji terrora etiraz olaraq azərbaycanlı eko-fəallar 12 dekabrdan etibarən Xankəndi-Şuşa yolunda dinc aksiya keçirir./apa