Britaniya yəhudi icmasından hökumətə müraciət: SEPAH-ı terror təşkilatı kimi tanıyın...

11/01/2023 - 17:21

Böyük Britaniyanın yəhudi icması liderləri Britaniya hökumətini SEPAH-ı yəhudilərə və iranlı müxaliflərə qarşı hücumlara görə terror təşkilatı kimi tanımağa çağırır. Qafqaz.media bu barədə "Jewish Chronicle" media resursuna istinadla bildirir.
Beləliklə, "Jewish Chronicle" xəbər verir ki, bu zorakı təşkilatın terrorçuluğa və onun beynəlxalq miqyasda yəhudi hədəflərinə hücumlarına dəstək verdiyini qeyd edən liderlər, ölkənin XİN rəhbəri Ceyms Kleverli Britaniya hökumətinin SEPAH-a "tam həcmli" sanksiya tətbiq etdiyini təsdiqləməzdən bir müddət əvvəl hökumətə müraciət ediblər.
Dekabr ayında Böyük Britaniya hökuməti İran rəsmilərini insan haqlarının pozulmasına görə cəzalandıracağını bildirmişdi. Lakin yəhudi qrupları hökumətin daha çox şey etməli olduğunu bildirib və "SEPAH-ın İŞİD və ya Əl-Qaidə kimi qruplardan heç bir fərqi yoxdur” deyərək İİKK-nı qadağan etməyə çağırıblar.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33