Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

08/08/2024 - 15:00

Bu gün 2024–2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilir. Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proses sy.edu.az sistemi üzərindən həyata keçiriləcək. Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək. Ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat ictimaiyyətə öncədən elan ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ