“Bu son xəbərdarlıqdır, hədəf bütün rejimdir" - MOLLA REJİMİNƏ SƏRT MESAJ

02/12/2022 - 21:42

Bu gün İranın Zahedan şəhərində cümə namazından sonra şəhər əhalisi hökumət əleyhinə kütləvi etiraz nümayişi keçirib.

Qafqaz.media xəbər verir ki, aksiyada rejimi dəyişəcəklərini israrla bəyan edən şüar səsləndiriblər: "Bu son xəbərdarlıqdır, hədəf bütün rejimdir!"