"Bu, uşaqlarımızı ABŞ və Avropanın yaydığı qaranlıqdan qoruyacaq" - Rusiya Dumasından LGBT ilə bağlı qərar

24/11/2022 - 12:58

Rusiya Dövlət Duması LGBT təbliğatının qadağan edilməsi haqqında qanunu üçüncü oxunuşda qəbul edib.

Sənədə əsasən, təbliğat dedikdə qeyri-ənənəvi seksual münasibətlərin yaradılmasına, onların cəlbediciliyinə, “ənənəvi və qeyri-ənənəvi cinsi münasibətlərin sosial ekvivalentliyi haqqında təhrif olunmuş ideyaya” yönəlmiş məlumatların və ya ictimai hərəkətlərin yayılması nəzərdə tutulur.

“Qərar bizim uşaqlarımızı, ölkənin gələcəyini ABŞ və Avropa dövlətlərinin yaydığı qaranlıqdan qoruyacaq. Bizim öz ənənələrimiz və dəyərlərimiz var”, – deyə Dövlət Dumasının teleqram kanalında qeyd olunub.