"Bundan sonra da hər zaman can Azərbaycanın yanında olacağıq" - Yaşar Gülər

26/11/2024 - 14:51

Türkiyə daim dostlarının yanındadır. Bu çərçivədə, ilk növbədə, can qardaşımız Azərbaycanın hər zaman yanında olduq və olmağa davam edirik. "Report" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirliyin 2025-ci il büdcəsinin müzakirə edildiyi TBMM Plan və Büdcə Komissiyasında qurumun fəaliyyətləri ilə bağlı təqdimat keçirərkən deyib. Nazir Qafqazda regional sülh və sabitliyin Azərbaycan-Ermənistan arasında imzalanacaq hərtərəfli sülh müqaviləsi ilə təmin olunacağını vurğulayıb. "Bu məsələdə iki ölkənin göstərdiyi səyləri və son dövrdə əldə etdikləri irəliləyişi məmnuniyyətlə qarşılayırıq. Bundan sonra da "bir millət, iki dövlət" anlayışı ilə hər zaman can Azərbaycanın yanında olacağıq", - Y.Gülər qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Türkiyədə güclü zəlzələ
25/11/2024 - 23:58
Fatih Terim də Bakıya gəlir
14/11/2024 - 12:26
Türkiyədə zəlzələ olub
19/10/2024 - 16:35