Çexiya əks-kəşfiyyatının rəhbəri qlobal münaqişə təhlükəsi barədə xəbərdarlıq edib

28/07/2024 - 16:07

Dünya təhlükəli şəkildə qlobal münaqişənin astanasındadır. APA xəbər verir ki, bu fikri CTK xəbər agentliyinə müsahibəsində Çexiyanın Təhlükəsizlik və İnformasiya Xidmətinin (əks-kəşfiyyat) rəhbəri Mixal Koudelka deyib. "Dünya qlobal münaqişə astanasında qaynayır və təhlükəli şəkildə tarazlıq qurur. Bu vəziyyətdə Təhlükəsizlik və İnformasiya Xidməti Çexiya və onun vətəndaşlarının müdafiəsinə töhfə vermək üçün əlindən gələni edəcək" - əks-kəşfiyyat rəhbəri bildirib. Onun fikrincə, Avropada təhlükəsizlik vəziyyətinin pisləşməsinə görə məsuliyyət Rusiya Federasiyası, Çin və İranın üzərinə düşür. Bununla bağlı o, “düşmən təbliğatı”na işarə edib. Koudelka qeyd edir ki, bundan əlavə, qeyri-qanuni miqrasiya, islamçı terrorizm, sağçı ekstremizmin artması, qeyri-qanuni silah ticarəti, kibercinayətkarlıq və süni intellektin zərərli istifadəsi təhlükə yaradır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10