Çinin müdafiə naziri: "Rəsmi Pekin Tayvandakı separatizmə heç vaxt barışmayacaq"
17/04/2024 - 06:25
Çin Tayvanda separatçı fəaliyyətlərlə və buna xaricdən göz yumulması ilə heç vaxt barışmayacaq.
APA xəbər verir ki, bu barədə Çinin müdafiə naziri Dun Tsun Pentaqonun rəhbəri Lloyd Ostin ilə video danışıq zamanı bildirib.
Çinli nazirin sözlərinə görə, Tayvan məsələsi Pekinin maraqlarının əsasını təşkil edir və “Çinin əsas maraqları pozulmamalıdır”.
Çin Müdafiə Nazirliyi onu da bəyan edib ki, ABŞ Cənubi Çin dənizində Pekinin hüquq və maraqlarına hörmət etməlidir.