CNN: "Hizbullah" İrandan asılı olmayaraq İsraili vura bilər

08/08/2024 - 08:00

Livanın “Hizbullah” hərəkatı İranın niyyətindən asılı olmayaraq yaxın günlərdə İsraili vura bilər. APA xəbər verir ki, bu məlumatı CNN kanalı kəşfiyyata yaxın mənbələrə istinadən verib. Onların fikrincə, Hizbullah İsrailə hücum hazırlamaqda İrandan daha irəlidədir, ona görə də yaxın günlərdə hücum edə biləcək. İran isə öz növbəsində hələ də cavab tədbirləri hazırlayır və onlar ABŞ-ın İranın genişmiqyaslı hücumu ilə bağlı gözləntilərini doğrultmur. Mənbələr həmçinin CNN-ə bildiriblər ki, “Hizbullah”ın İrandan fərqli olaraq, İsraillə ortaq sərhədi olduğu üçün xəbərdarlıq etmədən zərbə endirə bilər. Onların sözlərinə görə, Hizbullah və İranın öz hərəkətlərini necə kordinə etdiyi hələlik məlum deyil. Lakin ABŞ rəsmiləri hesab edirlər ki, onlar növbəti addımlar barədə hələ razılığa gələ bilməyiblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15