Daşınmaz əmlaklar, səhmlər, avtomobillər, yaxtalar, təyyarələr... - FİNLANDİYA RUSİYANIN AKTİVLƏRİNİ DONDURDU

22/01/2023 - 08:32

Finlandiya Rusiyanın 187 milyon avro məbləğində aktivlərini dondurub.

Bu barədə “Yle” nəşri məlumat yayıb.

Bildirilib ki, Finlandiyada dondurulmuş aktivlərlə Borcların yığılması idarəsi məşğul olur. Hazırda qurum 187 milyon avro məbləğində aktivlərini dondurub.

“Bunlar daşınmaz əmlaklar, səhmlər, avtomobillər, yaxtalar, təyyarələrdir. Hər cür qiymətli əmlaklar”, - ölkənin Xarici İşlər Nazirliyinin sanksiyalar şöbəsinin rəhbəri Pia Saarivaara vurğulayıb.