DÇ-2022: Portuqaliya Qanaya qalib gəldi - YENİLƏNİB / VİDEO
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyunu başa çatıb.
Qarşılaşma Portuqaliyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
21:48
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda 5-ci qol vurulub.
Qarşılaşmanın 89-cu dəqiqəsində Qananın futbolçusu Bukari hesab arasındakı fərqi azaldıb - 3:2.
21:40
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda hesab yenidən dəyişib.
80-ci dəqiqədə isə Rafael Leao Portuqaliyanı hesabı 3:1-ə çatdırıb.
21:37
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda 3-cü qol vurulub.
Portuqaliya yığması 2-ci qolu vurub. Qarşılaşmanın 78-ci dəqiqəsində Joao Feliks fərqlənib - 2:1.
21:31
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda hesab bərabərləşib.
Qarşılaşmanın 73-cü dəqiqəsində Andre Ayu Qananın heyətində fərqlənib - 1:1.
21:24
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda hesab açılıb.
Qarşılaşmanın 64-cü dəqiqəsində Portuqaliyanın superulduzu Ronaldu fərqlənib - 1:0.
O, özünə qarşı cərimə meydançası daxilində edilmiş kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib.
21:07
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda ikinci hissə başlayıb.
İlk yarıdan sonra qarşılaşmada hesab açılmayıb - 0:0.
20:49
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda birinci hissə başa çatıb.
Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
20:03
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyunu başlayıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
19:28
Qətərdə keçirilən dünya çempionatının H qrupunun ilk turunda üz-üzə gələcək Portuqaliya və Qana yığmalarının start heyətləri açıqlanıb.
komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaq:
Portuqaliya: Dioqu Koşta, Rafael Gerreyro, Danilo Pereyra, Joau Kanselu, Ruben Diaş, Ruben Neveş, Brunu Fernandeş, Bernardu Silva, Joau Feliks, Otavio Monteyro, Kriştianu Ronaldu
Qana: Lourens Ati-Zigi, Əbdül-Rəhman Baba, Məhəmməd Salisu, Daniel Amarti, Aleksander Ciku, Alidu Seydu, Məhəmməd Kudus, Tomas Parti, Salis Əbdül Səməd, Andre Ayyu, İnyaki Uilyams
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.