“Dəhliz açılır, Azərbaycan polisi Xankəndinə girir...” - VARUJAN GEQAMYAN

21/12/2022 - 16:03

Hazırda Laçın yolunda baş verənlər, proseslərin məntiqi sonluğu mövzusu Ermənistan ictimaiyyəti arasında ən çox danışılan mövzudur.

Qafqaz.media axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni türkoloq Varujan Geqamyan bildirib.

“Proseslərin necə sonlanacağı ilə bağlı ssenarilər barədə məlumatımız var. Bizim üçün ən pis ssenari budur: Laçın dəhlizinin açılması əvəzində Bakı Xankəndiyə Azərbaycan polisini yerləşdirəcək”, - deyə o, erməni kanalına müsahibəsində qeyd edib.