Dmitri Roqozinin bahalı NATO geyimində Qərbə meydan oxudu... - FOTOLAR

29/11/2022 - 16:17

Rusiya hərbi sənaye kompleksinin keçmiş kuratoru, “Roskosmos”un sabiq rəhbəri, milliyətçi görüşləri ilə tanınan Dmitri Roqozin xüsusi videomüraciətində Qərbə meydan oxuyub.

Qafqaz.media musavat.com-a istinadən xəbər verir ki, Roqozinin cəbhə xəttində düşmənlərə NATO geyimində səslənməsi Rusiya sosial şəbəkələrində gülüşə səbəb olub.

Onun paltarları və döyüş sursatları, hesablamalara görə, təxminən bir milyon rubla (16 500 ABŞ dolları) başa gəlir.

Şəkildə Roskomosun keçmiş rəhbərinin Avstriya istehsalı “Carinthia” gödəkçəsi geyindiyi (1315 dollar) görünür. Bundan başqa Roqozinin əynində Türkiyənin “BIKATEX” markalı bədən zirehi geyimi diqqət çəkir. Maraqlıdır ki, Rusiyanın özünün “Ratnik” markalı zirehli geyimləri var.
Zirehli jiletdə Almaniyanın “MP-5” avtomatı və ABŞ-ın “FN SCAR-H” avtomatı üçün daraqlar var. Silahların hər birinin qiyməti azı 400 min rubldur (6574 ABŞ dolları).

Roqozin, həmçinin ABŞ-ın modifikasiya edilmiş “AR-15” hücum tüfəngi və “Glock-18” tipli tapançası ilə pozalar verib.

Hətta onun ayağındakı çəkmələr də Slovakiya istehsalı “Zephire” markasına aiddir. Rusiyadan isə Roqozinin ancaq “Armokom” şirkətinin buraxdığı dəbilqəni (120 min rubl və ya 1972 dollar) geyinib.