DÖYÜŞDƏN İMTİNA EDƏNLƏR ÖLDÜRÜLÜR – Putinin muzdlu ordusundan qaçan döyüşçü "Vaqner”in edamlarından danışdı… / VİDEO

17/12/2022 - 12:29

Rusiya prezidentinin “muzdlu ordusu”ndan qaçan Andrey Medvedev son günlərədək bərabər vuruşduğu “Vaqner” silahlılarının dəhşətli əməlləri haqda açıqlama verib.

Qafqaz.media “The Insider”-ə istinadən xəbər verir ki, Andrey Medvedev "Vaqner" muzdlularının Ukraynaya qarşı döyüşmək istməyən hərbçiləri edam etmələri ilə 10 hadisənin şahidi olub. Dediyinə görə, o, bir neçə edamda şəxsən iştirak edib.

Medvedevin sözlərinə görə, edam edilən on nəfərdən 8-i keçmiş məhbus olub, 2 nəfər isə “konüllü” kimi qatılıb.

O bildirir ki, Alçevskdə (Luqansk vilayəti) döyüşməkdən imtina etdiklərinə görə öldürülən iki muzdlu əsgərin edamının videosu əlindədir.

Medvedvev iddia edir ki, qaçdıqdan sonra onu “Vaqner” muzdluları axtarırlar. O, xəbərdarlıq edir ki, ona bir şey olarsa, əlində olan videolar yayımlanacaq.

Andrey Medvedev jurnalistlərə “Vaqner”in həyata keçirdiyi bir edam hadisəsi haqda daha ətraflı danışıb: "Onlar ("Vaqner” üzvləri – red.) yaralanaraq Pervomaysk yaxınlığındakı xəstəxanaya getdilər və oradan qaçmağa cəhd etdilər. Sərhəddə yaxalanaraq, nəzarət-buraxılış məntəqəsində aparıldılar və burada böyük çəkiclə döyülərək öldürüldülər”.

Medvedevin sözlərinə görə, onun dəstəsindəki məhbuslar hər həftə yenilənirdi: “İtkilərdən asılı olaraq yenidən təchiz olunurduq. Mənim dəstəmdə 15 nəfər var idi. Bura hücum dəstəsi idi, döyüş tapşırığını yerinə yetirirdi. Avqust ayından bizə məhbuslar gəlməyə başladı. 4-cü tağım yaratdıq. Bir neçə gün ərzində taqımdakı 13 nəfərdən 3-ü qaldı".

Qafqaz.media