Dünya bazarlarında neftin qiyməti azalıb
20/11/2024 - 10:18
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,14% azalaraq 1 barelə görə 73,21 ABŞ dolları təşkil edib. "APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,07% azalaraq 1 barelə görə 69,19 ABŞ dolları olub.