Dünya əhalisinin 90%-də immunitet yaranıb - ÜST
02/12/2022 - 22:01
Dünya əhalisinin azı 90%-də COVID-19 virusuna qarşı immunitet yaranıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Gebreyesus bildirib.
O qeyd edib ki, immunitet insanların əvvəl yoluxması və ya peyvənd nəticəsində formalaşıb.
ÜST-nin baş direktorunun məlumatına görə, noyabrın 21-27-də COVID-19-dan 8,5 mindən çox insan dünyasını dəyişib.