Elektron siqaretlər üçün aksiz dərəcəsi 8 dəfə artırılıb

24/07/2024 - 13:25

Aksiz dərəcəsi alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları, 1000 ədəd üçün 14 manatdan 16 manata qaldırılıb. APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb. Aksiz dərəcəsi birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilər üçün 1 ədəd üçün 0,25 manatdan 2 manata qaldırılıb. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neft bahalaşmaqda davam edir
19/11/2024 - 09:19
Neft yenidən bahalaşdı
18/11/2024 - 10:09