Ermənistan Fransa ilə hərbi əməkdaşlıq və silah tədarükü haqqında sazişi nə vaxt imzalayacaq? – PARLAMENTİN KOMİTƏ SƏDRİNDƏN AÇIQLAMA

23/10/2023 - 12:25

“Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastyan Lekornu ilə bir çox mövzuları, o cümlədən hərbi təhsili müzakirə edəcək”.

Ermənistan KİV-ləri xəbər verir ki, bunu ölkə parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Köçəryan jurnalistlərə bildirib.

Deputat Fransa ilə hərbi əməkdaşlıq, xüsusən də silah tədarükü haqqında sazişin nə vaxt imzalanacağı ilə bağlı sualı cavablandırmayıb.

Jurnalistin “Mümkün sazişin imzalanması Ermənistanın hərbi-siyasi əməkdaşlığın diapazonunu genişləndirməsi deməkdirmi?” sualına Köçəryan “bəli” deyə cavab verib. Onun sözlərinə görə, 44 günlük müharibə göstərdi ki, Ermənistan bütün sahələrdə ciddi işlər görməlidir.

Fransanın müdafiə naziri Sebastyan Lekornu “Parisien” qəzetinə müsahibəsində bildirib ki, Paris və İrəvan Fransadan silah almağa dair müqavilə imzalamaq niyyətindədirlər. O bildirib ki, söhbət hava hücumundan müdafiə sistemlərindən gedir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33