ERMƏNİSTANIN “KÖÇKÜN ŞOUSU”NDAKI ƏSL MƏQSƏDİ – Ermənilər Qarabağı niyə tərk edir?
İllər boyu Qarabağda yaradılmış separatçı rejim erməni diasporu və xuntaçılar üçün əsas “pul silmək” vasitəsi olub.
Dünyaya yayılmış ermənilərin milli hisslərilə oynayan, “soyqırım”, “dənizdən dənizə hayastan” və “miatsum” nağılları ilə onların beynini yuyan erməni təşkilatları bu gün düşdükləri vəziyyətdə öz mövcudluqları üçün yeni “rezon” düşünməlidirlər.
Zarafat deyil, nə qədər adam “işsiz” qalıb, münbit və nəzarətsiz torpaqlar da əldən çıxıb. Bəs indi bu “yetim”lər necə dolansınlar?!
Qarabağ ərazilərinə köçürülən ermənilər uzun illər boyu bu qrup insanlar üçün sadəcə vasitə olub. Onlar biznes obyekti olaraq, həm Qarabağı, həm də erməni sakinlərini istismar ediblər.
İstər 44 günlük müharibədən, istərsə də bir günlük əməliyyatdan sonra aşkar olunan narkotik plantasiyaları və depoları onu deməyə əsas verir ki, Qarabağdakı erməniəsilii azlığı llərlə “türk qorxusu” altında yaşadan şəxslər, sadəcə olaraq öz ciblərini doldurublar.
“Ucuz əmək qüvvəsii” olaraq isə, həm Qarabağda sovet dövrü məskunlaşdırılmış ermənilərdən, həm də son 20-30 ildə Livan və Suriyadan gətirdikləri erməni ailələrindən və Ermənistandan gətirilən çağırışçı əsgərlərdən istifadə ediblər. Sadəcə, saxta türk xofunu yaratmaqla...
Qarabağın onların torpağı olmadığını başa düşən, Azərbaycanın gec-tez işğal faktına son qoyacağını anlayan ermənilərin bir qismi – xüsusilə, gənclər fürsət tapdıqda Rusiya və digər xarici ölkələrə üz tutublar.
Antiterror əməliyyatlarından sonra ermənilərin Qarabağı sürətlə tərk etməsi göstərdi ki, ərazilərimizdə məskunlaşanların əksəriyyəti son 20-30 ildə Livan və Suriyadan köçürülənlər olub. Ona görə də dərhal Qarabağdan çıxdılar ki, Azərbaycan sərhədini qeyri-qanuni pozduqları üçün məsuliyyətə cəlb olunmasınlar.
Ermənistanda həqiqi hərbi xidmətə çağırılan gənclərin də ən az 25-30 faizi bu xidmət ərzində Qarabağda xuntaçı generalların – narkobaronların sərəncamında olublar.
Hazırda Ermənistan hakimiyəti və müəyyən mafioz dairələr Qarabağı tərk edən ermənilərin sayını həyasızcasına şişirtməklə “bir güllə ilə iki dovşan vurmağa” çalışırlar.
Belə ki, mafioz qruplar yaranmış vəziyyətə həm siyasi nüfuzlarını bərpa etmək, həm də maliyyə rıçaqlarına yeniləmək üçün əla fürsət kimi baxır. Mümkün qədər çox səs küy – bərabərdir – mümkün qədər çox yardım.
Elə ara-sıra sülhdən dəm vuran Ermənistan hakimiyyəti də bu “fürsət”dən faydalanmağa çalışır. Paşinyan hakimiyyəti başa düşür ki, onsuz da ölkə iqtisadiyyatının çətin vaxtında yeni narazı kütlə formalaşması heç də sərf eləmir. Ona görə də, həm bu tərəfdən özünün “yetərincə milli olduğunu” sübut etməyə çallşır, bir tərəfdən erməni diaporuna yarınır, digər tərəfdən də ölkəyə yardım axını yaratmaqla, başqa problemlərini həll etməyə can atır.
Bu təşkilatdan 50 milyon avro, o dövlətdə 100 milyon avro... Beləcə, 70 il SSRİ dövründə, 30 il də “müstəqilliyi” dövründə yardımlara alışmış Ermənistan dövləti yenə dilənçiliyini davam etdirir, ucuz yollarla valyuta cəlb edir. Bu yardımların nə qədərinin korrupsiya yolu ilə mənimsənildiyi isə sonrakı illərdə üzə çıxacaq.
Maraqlıdır ki, bu saxtakarlara həvəslə pul ayıran dövlət və təşkilarlar 30 il boyunca əziyyət çəkən azərbaycanlı qaçqın və məcburi köçkünlər haqda bir dəfə belə düşünməyib. Və ya düşünmək istəməyib...
Çünki hər yerdə olduğu kimi burda da haqqı, ədaləti deyil, öz maraqlarını güdürlər. Uzun sözün qısası, ilanın ağına da, qarasına da... Min lənət!
Rüfət Əhmədzadə