Fransa Ukraynaya 100 ədəd güclü generator göndərir

25/11/2022 - 16:12

Fransa Ukraynaya 100 güclü generator göndərir. Qafqaz.media xəbər verir ki, bu barədə noyabrın 25-də ölkənin XİN rəhbəri Ketrin Kolonna "Twitter"də məlumat verib. O xatırladıb ki, Rusiyanın mülki infrastruktura zərbələri hərbi cinayətdir.
“Ukrayna xalqının sağ qalmasına kömək etmək üçün Fransa Ukraynaya 100 güclü fransız generatoru göndərir, Rusiya isə qışı müharibə silahına çevirmək istəyir”, deyə o yazıb.
Kolonna qeyd edib ki, mülki infrastruktura zərbələr hərbi cinayətidir.
Fransa XİN-nin açıqlamasına görə, Kiyevin çağırışına cavab olaraq, gücü 50 ilə 100 kVt arasında olan 100 generator Rumıniyadan keçməklə Ukrayna hakimiyyətinə təhvil veriləcək.

Qafqaz.media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33