Hikmət Hacıyev: Ermənistanın basdırdığı minalar təhlükə yaratmağa davam edir

22/10/2023 - 07:05

“Ermənistan Azərbaycanın əvvəllər işğal olunmuş torpaqlarında milyonlarla mina basdırıb və bu minalar mülki əhalinin və vəhşi heyvanların həyatını təhlükə altına almaqda davam edir”.

APA xəbər verir ki. bu barədə bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında bildirib.

Reklamınızı SmartBee ilə effektiv edin.

“Danışan Şəkillər! Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonunda minanın partlaması nəticəsində ölən ayının balasının qalıqları. Partlayış sahəsindən toplanmış minaların etiketləri onların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu göstərir. Ermənistan Azərbaycanın əvvəllər işğal olunmuş torpaqlarında milyonlarla basdırıb və bu minalar mülki əhalinin və vəhşi heyvanların həyatını təhlükə altına almaqda davam edir” – Hacıyev vurğulayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33