Hərəkətdə olan avtomobil qəfil alovlandı - ANBAAN VİDEO

04/01/2024 - 22:27

Gəncədə yanğın hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Belə ki "BMW" markalı minik avtomobili hərəkətdə olan zaman anidən yanmağa başlayıb.

Dərhal hadisə yerinə FHN-nin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın zamanı avtomobilin salonu tamamilə yanıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ