Husilər Qırmızı dənizdə ABŞ-ın neft tankerini vurub

11/10/2024 - 07:24

Yəmənin husilər kimi tanınan “Ənsar Allah” hərəkatının döyüşçüləri Qırmızı dənizdə ABŞ-ın “Olympic Spirit” neft tankerinə hücum edib. APA xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya “Telegram” kanalında yazıb.  "Yəmən Silahlı Qüvvələri iki hərbi əməliyyat keçirib. Bunlardan birincisi ABŞ-ın " Olympic Spirit " neft gəmisinə qarşı olub", - sözçü bildirib. Saria əlavə edib ki, gəmi 11 ballistik raket və iki pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Hərəkat nümayəndəsinin sözlərinə görə, tanker birbaşa zərbə alıb. Saria hücumu Fələstin və Livan müqavimətinə dəstək, həmçinin Yəmənə qarşı ABŞ-Britaniya təcavüzünə cavab kimi izah edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15