İmişlidə 10 yaşlı uşaq kanala düşüb, axtarış aparılır - YENİLƏNİB

27/12/2023 - 10:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

APA nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

İmişlidə 10 yaşlı uşaq su kanalına düşüb.

APA xəbər verir ki, Qaragüvəndikli kəndində 2013-cü il təvəllüdlü Rasim Xankişiyev "Boztəpə"" su kanalı düşüb.

Hazırda onun axtarışları davam edir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ