İNGİLTƏRƏDƏN UKRAYNAYA “RUSİYANI BİTİR!” ÇAĞIRIŞI - “Sürətli hücumların tempi davam etdirilməlidir”

25/11/2022 - 11:21

“Ukrayna qoşunları qışda irəliləməyə və qış boyu Rusiya qüvvələrinə qarşı sürətli hücumların tempini davam etdirməlidir”.

Qafqaz.media xəbər verir ki, ukraynalılara bu təklifi “Daily Beast-ə müsahibəsində Böyük Britaniyanın müdafiə naziri Ben Uolles verib.

“Ukraynalıların ruhdan düşmüş, zəif təlim keçmiş, zəif təchiz edilmiş ruslara qarşı təlim, təchizat və döyüş gücü baxımından üstünlüyünü nəzərə alsaq, qışda sürəti saxlamaq Ukraynanın maraqlarına uyğundur. Onların beynəlxalq ictimaiyyətdən aldığı 300 min ədəd Arktika döyüş texnikası var”, - Britaniya müdafiə qurumunun rəhbəri bildirib.

Ben Uolles qeyd edib ki, ukraynalılar öz cəsarət və bacarıqlarını nümayiş etdirməklə bütün dünyanı heyrətləndiriblər. Təsadüfi deyil ki, hazırda Rusiya silahlı qüvvələrinin böyük çatışmazlıqları var.

“Bu yaxınlarda bir rus bölməsi yeməksiz,  geyimsiz və az silahla müharibəyə göndərildi. Bu, döyüş meydanına gedən adam üçün fəlakətdir... Onları “ətçəkən maşın”a göndərirlər və çoxlu toplardan istifadə edirlər. Yalnız xalqına əhəmiyyət verməyən ölkə 100 min insanını ölümə göndərə bilər”, - deyə nazir əlavə edib.

Qafqaz.media