İRAN ERMƏNİSTANA 600 ƏDƏD RAKET HƏDİYYƏ EDİB – Bu silahların dünyada "analoqunun olmadığı" iddia edilir...

07/12/2022 - 16:49

Bir qrup İran vətəndaşının Qarabağa qanunsuz daxil olmasından təxminən bir ay əvvəl, oktyabrın sonunda İran gizli şəkildə Ermənistana İran istehsalı olan 600 raket göndərib.

Qafqaz.media yerli KİV-lərə istinadən xəbər verir ki, etibarlı mənbələrdən əldə olunan məlumata görə, Tehran Ermənistana 500 ədəd “Dehjlaviye” tipli tank əleyhinə idarə olunan raket və 100 ədəd “Almas” verib.

İran rəsmiləri iddia edirlər ki, bu silahların “dünyada analoqu yoxdur”, hətta ABŞ və İsrail silahlı qüvvələrinə qarşı effektivdir.  “İraqda gedən döyüşlərdə sübut olunub ki, “Almas” və “Dehjlaviye” İsrailin “Merkava” tanklarını və Amerikanın “Abrams” tanklarını asanlıqla məhv etməyə qadirdirlər”, - deyə iddia olunur.

Qafqaz.media