İran millisinin baş məşqçisi İSTEFA VERDİ
30/11/2022 - 17:54
Futbol üzrə İran millisinin baş məşqçisi Karluş Keyroş istefa verib.
Qafqaz.media xəbər verir ki, portuqaliyalı mütəxəssis istefa qərarını "Instagram" səhifəsində açıqlayıb.
Qeyd edək ki, ötən gün ABŞ yığmasına 1:0 hesabı ilə məğlub olan İran millisi dünya çempionatında mübarizəni dayandırıb.