"İran regionda qüvvələr balansının pozulmasından narahatdır" - VARDANYAN TEHRANIN ERMƏNİLƏRƏ DƏSTƏYİ HAQDA

29/12/2022 - 11:52

Tehran İrəvanla münasibətləri dərinləşdirməkdə qərarlıdır, çünki bu regionda (Cənubi Qafqaz ölkələrindən) İrana öz mövqelərini möhkəmləndirməkdə yalnız Ermənistan kömək edə bilər.

Bunu Ermənistanın eksperti Janna Vardanyan “Sputnik Armenia”ya müsahibəsində bildirib.

Ekspert qeyd edib ki, İran onsuz da pozulmuş qüvvələr balansını poza biləcək hər hansı geosiyasi dəyişikliklərdən qorxur.

Onun sözlərinə görə, Tehran hazırkı çətin vəziyyətdən çıxış yolunun İrvanla əməkdaşlığı artırmaqdan keçəcəyinə inanır. İran buna görə də 2023-cü ildə həmin istiqamətdə daha fəal siyasət yürütməyi planlaşdırır.

Ekspert vurğulayıb ki, İran Azərbaycanla İsrail arasında əməkdaşlığın dərinləşməsindən də narahatdır./report

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33