İran ümid edir ki, onun İsrailə cavabı HƏMAS-la atəşkəsə təsir etməyəcək

10/08/2024 - 06:05

İran hakimiyyəti ümid edir ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavab vaxtında veriləcək və bu, Qəzza zolağında atəşkəslə bağlı danışıqlara təsir etməyəcək. APA xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin jurnalistlərə yaydığı məlumatda deyilir. "Bizim özümüzü müdafiə etmək üçün qanuni hüququmuz var. Bu, Qəzzada atəşkəslə tamamilə əlaqəsi olmayan bir məsələdir. Bununla belə, ümid edirik ki, cavabımız vaxtında olacaq və potensial atəşkəsə xələl gətirməyəcək şəkildə həyata keçiriləcək", - deyə mətndə qeyd edilir. Məlumatda həmçinin vurğulanır ki, İranın prioriteti Qəzzada daimi atəşkəsin əldə olunmasıdır və HƏMAS-ın qəbul etdiyi istənilən razılaşma İran tərəfindən tanınacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10