İran XİN başçısı Rusiya, Misir və Küveytdən olan həmkarları ilə Fələstindəki vəziyyəti müzakirə edib

10/10/2023 - 22:08

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiya xarici işlər naziri Sergey Lavrovla İsrail-Fələstin münaqişəsi ilə bağlı məsləhətləşmələr aparıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS agentliyi İran mətbuatına istinadən məlumat yayıb.

Bildirilib ki, həmçinin İran XİN başçısı Misir və Küveytdən olan həmkarları - Sameh Şükri və Şeyx Salem Abdullah əl-Cabir əs-Sabah ilə Fələstində baş verən hadisələrlə bağlı məsləhətləşmələr aparıb.

Nazir bildirib ki, ölkəsi BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə razılaşdırılmış şəkildə Qəzza zolağına su və ərzaq da daxil olmaqla təcili tibbi və humanitar yardım göndərməyə hazırdır.

Yaxın Şərqdə vəziyyətin gərginləşməsi oktyabrın 7-də Qəzza zolağından HAMAS yaraqlılarının İsrail ərazisinə hücumu ilə başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33