İranda dəhşət: üç qardaş eyni vaxtda edam edildi - FOTO

09/12/2022 - 17:28

İranın Sistan-Bəlucistan əyalətində Ömər, Nasir və Nuşirəvan adlı üç qardaş eyni vaxtda edam edilib.

Qafqaz.media xəbər verir ki, məlumatı “Azad İran” teleqram kanalı yayıb.

İran hakimiyyətindən narazı etnik bəluclar ölkənin bayrağı rəngində parçanın üzərinə “Ədalət, Azadlıq, ərəb, kürd, bəluç, türk, azəri, bəxtiyari, fars, bir olaq, bir olaq!” şüarı yazaraq rejimdən narazılıqlarını bildiriblər.