İranda güneyli yeniyetmə həbsdən çıxdıqdan sonra intihar etdi - FOTO

29/11/2022 - 11:31

Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan Arşiya Əlizadə həbsdən buraxıldıqdan sonra intihar edib.

Qafqaz.media xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Yeniyetmənin ailəsinin məsələni ictimailəşdirməməsi üçün İran təhlükəsizlik qüvvələri tərəfindən təhdid edildiyi bildirilir. İnsan haqları təşkilatlarının açıqlamasına görə, Arşiya Əlizadəyə həbsxanada təzyiq göstərilib və o, sarsıntı keçirərək intihara əl atıb.

Qeyd edək ki, mollanın əmmaməsini başından götürdüyünə görə həbs edilən azərbaycanlı yeniyetmə 10 gün həbsdə saxlanıldıqdan sonra girov qarşılığında müvəqqəti sərbəst buraxılıb. Lakin iki gün sonra özünü öldürüb.