İranda neft zavodunda partlayış və yanğın olub

23/09/2024 - 17:47

İranın Gərmsar rayonunda neft zavodunda partlayış və yanğın olub. “Report” “Tasnim” Agentliyinə istinadən xəbər verir ki, məlumatı İran Qızıl Aypara Cəmiyyətinin Gərmsardakı bölməsi yayıb. Bildirilib ki, hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində zərərçəkənlər barədə məlumat yayılmayıb. Gərmsar İranın Semnan əyalətində yerləşir. Şəhərdə elmi mərkəz var. İranın keçmiş prezidenti Mahmud Əhmədinejat Gərmsarda anadan olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10