İsrail ordusu “Əl-Şifa”nı boşaltmaq üçün cəmi 1 saat vaxt verib – “Al-Jazeera”

18/11/2023 - 12:58

İsrail əsgərləri “Əl Şifa” xəstəxanasındakı həkimlərə, xəstələrə və köçkünlərə tibb kompleksini boşaltmaq üçün cəmi bir saat vaxt verib.

Bu barədə xəstəxanadakı mənbələr «Al-Jazeera» telekanalına bildirib.

Bundan əvvəl İsrail qoşunları xəstəxanaya basqın etməyə başlayıb.

Xəstəxanadan verilən son məlumatlara görə, yüzlərlə işçi və xəstə hələ də “Əl-Şifa”dadır, eləcə də İsrailin hava və quru hücumlarından qaçan bir neçə min insan həmin xəstəxana kompleksinə sığınıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ