İsrail Qəzzanı Mahmud Abbasa qaytarmağı təklif edir – “BU, ƏN MƏQBUL YOLDUR”

19/10/2023 - 13:05

İsrailin müxalifət lideri Yair Lapid Qəzzaya nəzarətin Fələstin Muxtariyyətinə qaytarılmasının zəruriliyi ilə bağlı fikir bildirib.

Bu barədə “The Times of Israel” xəbər verir.

O, Təl-Əvivdə keçirdiyi mətbuat konfransında deyib: “Məncə, sonda Fələstin Muxtariyyətinin Qəzzəyə qayıtması ən məqbul yoldur”.

Lapid bunun əvvəllər də belə olduğunu vurğulayıb və qeyd edib ki, “Hələ də Qəzzada Fələstin Administrasiyasından 20 minə yaxın adam işləyir”. O, əmin edib ki, İsrail Qəzza əhalisi ilə deyil, HƏMAS-la müharibə aparır.

Lapid həmçinin xarici medianı HƏMAS-la münaqişə kontekstində İsrailə qarşı qərəzli mövqe tutduqlarına görə tənqid edib. O, Qəzzada Əl-Əhli xəstəxanasına edilən hücuma medianın reaksiyasından narazılığını ifadə edib. O, həmçinin son hadisələrin işıqlandırılmasındakı bütün təhriflərin ən pisinin “tarazlıq” olduğunu qeyd edərək, əlavə edib ki, “demokratik ölkə” və “terrorçu qrup” nağılları “eyni şəkildə” təqdim edilməməlidir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putinin adına rayon salınır
17/04/2024 - 06:07