İstanbuldakı terror aktına görə daha 1 nəfər həbs EDİLDİ
29/11/2022 - 20:57
İstanbulun İstiqlal küçəsində törədilən terror aktı ilə bağlı daha 1 nəfər həbs edilib.
Qafqaz.media xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Qeyd olunub ki, həmin şəxs terror aktını törətməkdə şübhəli bilinən Bilal Həsənin qardaşı Əhməd Əl-Hac Nuvasdır. O, məhkəmənin qərarı ilə həbs edilib.
Beləliklə, bu cinayət işi üzrə həbs edilənlərin sayı 25-ə yüksəlib.