İsveç Ukraynanın nüvə enerjisinin inkişafına milyonlarla dollar ayıracaq.

21/01/2023 - 11:42

İsveç Ukraynanın nüvə enerjisinin inkişafına 3,7 milyon dollar ayıracaq.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Benefisiar Ukraynanın "Energoatom" dövlət şirkəti olacaq. Müqavilənin predmeti “Energoatom”un infrastrukturuna “PSA RiskSpectrum / RiskWatcher” proqram təminatının tətbiqidir.

Bildirilir ki, “PSA RiskSpectrum / RiskWatcher” proqramı atom siklində işləyən avadanlığın hazırkı vəziyyətinin onlayn təhlilini aparmağa və onun mümkün nasazlıqlarını proqnozlaşdırmağa imkan verəcək.