Kazanda səfərbər olunanlar etiraza qalxdı – ONLAR HƏRBİ BÖLMƏNİ KÜTLƏVİ ŞƏKİLDƏ TƏRK ETDİ / VİDEO

03/12/2022 - 10:02

Sosial şəbəkələrin Rusiya seqmentində Kazanda onlarla səfərbər edilmiş insanın hərbi hissəni tərk etdiyi haqda video yayılıb.

Qafqaz.media xəbər verir ki, videoda səfərbər olunanların yaxınları ilə görüşə buraxılmadığı üçün iğtişaş yarandığı bildirilir. “The Insider” yazır ki, bu səbəbdən, onlar qarşılarına çəkilən, getmələrinə mane olan səddi zor gücünə keçərək, hərbi hissəni tərk ediblər.

Videonun nə vaxt çəkildiyi məlum deyil. Lakin bir neçə saat əvvəl yerləşdirilib və daha sonra silinib.

Nəşr qeyd edir ki, noyabrın əvvəlində Kazanda səfərbər olunanlar pis məişət şəraitinə, 1970-ci illərin paslı pulemyotlarının verilməsinə və komandanlıq münasibətlərinə görə iğtişaşlar törədiblər. Son aylar sosial şəbəkələrdə Rusiyanın müxtəlif şəhərlərindən səfərbər edilmiş qəzəblilərin etiraza qalxdığı haqda onlarla video yayımlanıb.

 

Qafqaz.media