Kiyev NATO sammitində “Patriot” hava hücumundan müdafiə sistemləri və tanklar istəyib – MÜTTƏFİQLƏR DƏSTƏK VƏD EDİB, AMMA…

01/12/2022 - 00:12

“Ukraynanın mülki infrastrukturunu qorumaq üçün “Patriot” raket əleyhinə sistemlərə və Rusiyaya qarşı döyüşmək üçün Qərb ölkələrinin istehsalı olan müasir tanklara ehtiyacı var”.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO-nun iki günlük sammitindən sonra keçirilən mətbuat konfransında deyib. O, iclasın yekunu olaraq Alyans üzvlərinin Kiyevi tam dəstəklədiklərini, lakin hava hücumundan müdafiə sistemləri və ya tankların tədarükünü hələlik elan etmədiklərini bildirib.

Oktyabrın əvvəlindən Rusiya Ukraynada mülki hədəfləri sistematik atəşə tutmağa başlayıb. Bunun nəticəsində ölkə sakinləri elektrik, istilik, rabitə və suyun tez-tez kəsilməsi şəraitində yaşamağa məcbur olub. Qışda havanın temperaturu kəskin aşağı düşəndə, ​​bu, daha ciddi problemə çevrilə bilər.

Kiyev Rusiya hərbçilərinin elektrik stansiyalarına yeni hücumlarından ehtiyat edir. Ona görə də Kuleba Almaniyanın Ukraynada raketlə bağlı insidentdən sonra Polşaya göndərdiyi “Patriot” zenit-raket komplekslərindən istifadəyə icazə verəcəyinə ümid etdiyini bildirib.

"Bizim xahişimiz sadədir: “Patriot”ları mümkün qədər tez göndərin. Çünki Ukraynanın mülki əhalisini və kritik infrastrukturunu qorumaq üçün bu sistemə ehtiyacı var. Bu hücum silahı deyil", - Kuleba bildirib.

Ukrayna hakimiyyəti payız və qış aylarında mülki infrastruktura yeni hücumlarla bağlı narahatlığa görə NATO-dan onları hava hücumundan müdafiə sistemi ilə təmin etməyi xahiş edir.

Магазин во время отключения света

O, həmçinin bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna uğurla müqavimət göstərmək üçün Qərb ölkələrinin istehsalı olan müasir tanklara ehtiyac duyur. Hərbi ekspertlərin fikrincə, Rusiya zirehli texnika baxımından cəbhədə üstünlüyə malikdir, çünki onun sovet dövründən qalan böyük ehtiyatları var. Ukrayna döyüş meydanında xeyli sayda rus tankı və digər texnikasını ələ keçirə bilib, lakin hücum silahları sahəsində hələ də Rusiya ilə paritetə ​​nail ola bilməyib.

Kuleba bununla bağlı deyib: "Qışda istifadə etmək üçün zirehli maşınlara, NATO tipli tanklara ehtiyacımız var və bu qərar ən qısa zamanda verilməlidir".

Öz növbəsində, Alyansın baş katibi Yens Stoltenberq hazırda NATO-nun əsas vəzifəsinin Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gəlməsinə kömək etmək olduğunu bildirib və sammitdə iştirak edən iştirakçı ölkələrin xarici işlər nazirləri bütün qüvvələrini hərbi məsələlərdə səfərbər etməyə söz veriblər.

"Vaşinqton hələ Ukraynaya “Patriot” və tanklar verməyi planlaşdırmır, lakin…"

Система "Пэтриот" в Польше

Eyni zamanda, sammitdə Ukraynaya tank və ya “Patriot” sistemlərinin tədarükü ilə bağlı konkret vədlər verilməyib.

Xatırldaq ki, noyabrın 24-də Almaniya Polşaya göndərdiyi “Patriot” sistemlərinin NATO ərazisində istifadə üçün nəzərdə tutulduğunu bildirib. Kuleba çıxışında deyib ki, Kiyev mərmilərdən qorunmaq üçün “Patriot” komplekslərinin tədarükü ilə bağlı Berlinlə danışıqları davam etdirəcək.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Pat Rayder dünən bildirib ki, Vaşinqton hələ Ukraynaya “Patriot” və tanklar verməyi planlaşdırmır, lakin bu məsələ ilə bağlı müzakirələr davam edir.

Rayder deyib ki, digər dövlətlər tərəfindən Ukraynaya “Patriot” komplekslərinin verilməsi məsələsi onların suveren hüququdur, lakin ABŞ bu qərarın bütün NATO müttəfiqləri ilə müzakirələrdən sonra veriləcəyini gözləyir.

Çərşənbə axşamı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Patriot” sistemlərinin tədarükü ilə bağlı danışıqlar barədə xəbərlərə çox sərt reaksiya verib. O, NATO-nu “cinayətkar birlik” adlandırıb və özünün “Telegram” kanalında yazıb ki, “Əgər NATO ukraynalı fanatikləri “Patriot” sistemləri ilə təmin edərsə, onlar dərhal silahlı qüvvələrimiz üçün qanuni hədəfə çevriləcək”. Mesajda Medvedyevin hədəf olaraq “Patriot” sistemlərini, Ukrayna qoşunlarını, yoxsa NATO personalını nəzərdə tutduğu aydın deyil.

Sovet silahları

Eyni zamanda, ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken CNN-ə bildirib ki, NATO ölkələri Ukrayna ordusunda xidmətdə qalan sovet tipli silahlar üçün sursat istehsalına investisiya qoymaq niyyətindədir. Beləliklə, Vaşinqton sursat çatışmazlığını qismən ödəmək istəyir. "Biz Ukrayna ordusunu ehtiyac duyduğu və onun üçün nəyin effektiv olacağı ilə təmin etmək üçün bütün variantları nəzərdən keçiririk. Buraya onilliklər ərzində Ukrayna Silahlı Qüvvələrində xidmət edən sovet dövründən qalma silah sistemləri də daxildir”, - Blinken bildirib.

“The New York Times” bazar günü yazıb ki, Alyans üzvləri Sovet dövründən qalma artilleriya mərmilərinin istehsalına yenidən başlamaq üçün Çexiya, Slovakiya və Bolqarıstandakı köhnə fabriklərə sərmayə qoymağı müzakirə edirlər.

Buxarestdə NATO xarici işlər nazirlərinin sammiti keçirilib və iki gün davam edib.

Onun nəticələrinə görə, Kuleba Alyansın 2008-ci ildə Ukraynanı öz sıralarına qəbul etməmək qərarını da strateji səhv adlandırıb və vurğulayıb ki, ölkənin hazırkı müraciətinə baxılması müharibənin sonuna qədər təxirə salınmamalıdır.

NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü deyib ki, Ukraynanın müharibədə qələbəsi Ukraynanın alyansa üzvlük iddiasına baxılması üçün ilkin şərtdir və indi bütün səylər buna cəmlənməlidir.

Qafqaz.media