KURSKDA AĞIR DÖYÜŞLƏR - Putinin Təhlükəsizlik Şurasının iclasını çağırdığı bildirilir + VİDEO
Kursk vilayətinin hakimiyyət orqanları bölgədə döyüşlərin getdiyi xəbərləri fonunda əhalini qan verməyə çağırıb.
“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumları nəticəsində ölənlərin ümumi sayı 28 nəfərə çatıb. Bu barədə TASS-a vilayətin baş sərbəst cərrahı Andrey Loktionov bildirib. Uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova bildirib ki, qurbanlar arasında 6 uşaq da var. Qubernator vəzifəsini icra edən Aleksey Smirnov isə bildirib ki, son sutka ərzində azı üç yerli sakin ölüb.Smirnovun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri avqustun 7-nə keçən gecə Kursk vilayətində Ukraynaya məxsus 3 pilotsuz təyyarəni vurub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bölgədə 4 pilotsuz uçuş aparatı vurulub. Bu arada “Z-publics” teleqram kanalı yazır ki, Ukrayna Silahlı Qüvvələri Ukrayna ilə sərhəddə Kursk vilayətinin Sudjanski rayonunun Nikolaevo-Daryino, Darino və Sverdlikovo yaşayış məntəqələrini işğal edib. Avqustun 6-da Sudjanski rayonunu işğal edən Ukrayna qoşunları sərhəd zonasında möhkəmlənməyə nail olub. Rusiya Müdafiə Nazirliyinə yaxın olan “Rybar” teleqram kanalının məlumatına görə, hazırda Qonçarovka və Oleşnayada döyüşlər gedir. Oleşnayada rus hərbçiləri demək olar ki, tam mühasirədə döyüşürlər, “Rybar” yazır ki, Ukrayna Silahlı Qüvvələrinin 400-ə qədər hərbçisi Kursk vilayətinin ərazisini işğal edib və daha iki minə qədər hərbçi sərhəddə cəmləşib.Kursk vilayətinə hücum zamanı Ukrayna hərbçiləri azı iki rusiyalı əsgəri əsir götürüblər. Çərşənbə axşamı Ukrayna teleqram kanallarında əsirlərin videosu yayılıb. Başqa videolarda isə onlarla hərbçinin əsir düşdüyünü təsdiq edən görüntülər var. Qeyd edək ki, bəzi "Telegram" kanalları Vladimir Putinin Təhlükəsizlik Şurasının planlaşdırılmamış iclasını çağırdığını bildirir. Bu görüşdə konkret nəyin müzakirə olunacağı dəqiq məlum deyil. Yalnız güman etmək olar ki, bu səviyyəli görüş təcili olaraq ikinci gündür ağır döyüşlərin getdiyi Kursk bölgəsindəki böhranla bağlıdır.
Kursk vilayətində Rusiya ordusu ilə Ukrayna qoşunları arasında dünəndən başlayan şiddətli döyüşlər davam edir.
“AzPolitika” Rusiya və Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, hər iki tərəf artilleriya və təyyarələrdən istifadə edir. Rusiyanın “VÇK-OQPU” teleqram kanalının məlumatına görə, Rusiya ərazisinə daxil olan Ukrayna Silahlı Qüvvələri yaxınlaşan kimi, Çeçenistan rəhbəri Ramzan Kadırovun “Axmat” xüsusi təyinatlılarının döyüşçüləri Kursk vilayətindəki mövqelərini tərk edərək qaçıblar. Bir sıra rusiyayönlü “teleqram” kanalları Rusiya ordusunun digər hərbi texnikalarla yanaşı, “Ka-52” hücum helikopterini itirdiyi barədə məlumat verir. Həmçinin, daha bir neçə Rusiya helikopterinin vurulduğu bildirilir. Bundan əlavə, ruslar Kursk vilayətində məhv edilən iki “T-62M” tanklarının fotolarını dərc ediblər. “Z-kanalları”nın məlumatına görə, tələsik döyüş zonasına gətirilən Rusiyaya aid bu tanklar böyük yük avtomobillərindən endirilməmiş, yerindəcə məhv ediliblər. Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, Ukrayna qoşunları axşam saatlarında Kursk vilayətindən sıxışdırılaraq, Ukrayna ərazisinə çıxarılıb. Lakin Ukrayna tərəfi bunu təsdiqləməyib. Ümumiyyətlə, rəsmi Kiyev Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində hər hansı hücum hərəkətini şərh etmir. Eyni zamanda, Rusiyanın hərbi “teleqram” kanalları Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki Nikolaevo-Daryino və Daryino yaşayış məntəqələrini ələ keçirdiyini yazır. Həmçinin, Ukrayna mediası təslim olan çoxsaylı rusiyalı hərbçilərin videolarını yayımlayır.
Müstəqil mənbələr isə hələ döyüşlərin davam etdiyini və Rusiyanın cəbhənin digər istiqamətlərindən əraziyə qoşun cəlb etydiyini yazır.
“AzPolitika.info”