Latviya "Dojd" telekanalının yayım lisenziyasını ləğv edir – MİLLİ TƏHLÜKƏSİZLİYƏ TƏHDİD...

06/12/2022 - 12:59

Latviya Elektron Media üzrə Milli Şuranın qərarına əsasən, öılkə ərazisində “Dojd” telekanalının (Rusiyada “xarici agentlər” reyestrinə daxildir) yayım lisenziyası ləğv ediləcək.

Qafqaz.media xəbər verir ki, Şuranın rəhbəri İvars Abolins “Dojd” telekanalının bu həftə yayımının dayandırılacağını bəyan edib. Onun sözlırinə görə, qərar dekabrın 8-nə keçən gecə qüvvəyə minəcək.

Abolins Twitter” hesabında yazıb ki, qərar “milli təhlükəsizliyə və ictimai asayişə təhdid” səbəbindən qəbul edilib.

"Pozuntuların məcmusunu qiymətləndirən şura əmin oldu ki, "Dojd" rəhbərliyi məsələnin əhəmiyyətini və ciddiliyini anlamır və buna görə də Latviya ərazisində yayıla bilməz", - o əlavə edib.

Xatırladaq ki, “Dojd” telekanalı martın əvvəlində Rusiyada fəaliyyətini dayandırıb. Daha sonra telekanal Rusiya dövlət telekanallarının qadağan olunduğu (təbliğat məqsədi ilə) Latviyada işləmək üçün icazə almağa nail olub.

Qafqaz.media