Lavrov Qarabağın “statusu” ilə bağlı açıqlamalarına görə tənqid atəşinə tutuldu

02/12/2022 - 15:07

Erməni separatçıları Lavrovu Qarabağın “statusu” ilə bağlı açıqlamalarına görə tənqid ediblər.
“Regionda sabit və davamlı sülhün bərqərar olmasının prioritetini birmənalı olaraq qəbul edərək qeyd edirik ki, Ermənistanın ilkin şərt olmadan Alma-Ata Bəyannaməsini imzalaması ilə bağlı Rusiya Federasiyası Xarici İşlər Nazirinin bəyanatında müəyyən qeyri-müəyyənliklər var. Xüsusilə, Alma-Ata Bəyannaməsinin əsasını təşkil edən bəyanatda göstərilən MDB-nin yaradılması haqqında saziş Ermənistan Respublikasının Ali Soveti tərəfindən 1992-ci ilin fevralında qeyd-şərtlərlə təsdiq edilmişdir", deyə "Artsaxın xilaskarı” Ruben Vardanyan bəyanatında bildirib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33