“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində

13/10/2024 - 07:49

Oktyabrın 13-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Məhəmməd Füzulinin 530 illiyi münasibətilə “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq.

Qafqaz.Media xəbər verir ki, teatrdan bildirilib ki, səhnə əsərində rolları Əməkdar artistlər Mehriban Abdullayeva, Nofəl Vəliyev, Elnur Hüseynov, Qəmər Məmmədova, Rasim Cəfər, aktyorlar Bəhram Əliheydər, Səbinə Məmmədzadə, Nuriyyə Əliyeva və başqaları ifa edəcək. Dramatik janrda hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, musiqi tərtibatçısı Kamil İsmayılov, məsləhətçisi İlqar Fəhmi, döyüşlərin quruluşçusu İsa Əsədov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır. Tamaşa klassik geyimləri, musiqi dramaturgiyası və gözəl dekorasiyası və quruluşu, eyni zamanda, maraqlı, dinamik və plastik aktyor oyunları ilə diqqəti cəlb edir.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04