Macarıstan Avropa İttifaqının Ukraynaya 18 milyard avroluq yardımına veto qoydu

07/12/2022 - 00:18

Həm Ukrayna, həm də Avropa İttifaqının mərkəzi orqanlarına qarşı çıxan Macarıstan hakimiyyəti çərşənbə axşamı Brüsseldə Avropa İttifaqının Ukraynaya 18 milyard avro dəyərində makromaliyyə yardımı göstərməsinə imkan verən sənədlər paketinin qəbuluna mane olub.

Qafqaz.media xəbər verir ki, Aİ problemi yaxın gələcəkdə həll edəcəyinə ümid edir.

Çərşənbə axşamı Brüsseldə Aİ ölkələrinin İqtisadiyyat və Maliyyə Nazirləri Şurasında macar nazir Mişal Varqa bildirib ki, onun hökuməti Ukraynaya yardım üçün kredit götürülməsinə qarşıdır.

Daha sonra Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib ki, Macarıstan guya ikitərəfli əsasda Ukraynaya kömək etməyə hazırdır, lakin bunun üçün Aİ-nin borc alması ilə razılaşmayıb.

Avropa Komissiyasının vitse-prezidenti, latviyalı Valdis Dombrovskis jurnalistlərə bildirib ki, Macarıstan indiyədək yardım qərarını əngəlləsə belə, Aİ Ukraynaya verdiyi vədləri yerinə yetirməlidir.

Qafqaz.media