Masallıdan kənarda yurdumuza şöhrət gətirən qadınlarımız - Zahir Əmənovun təqdimatında (1-ci hissə)
Masallılı qadınlar ölkəmizin paytaxtında, eləcə də Almaniyada, Norveçdə, İspaniyada, ABŞ-da, Fransada, Litvada, Rusiyada və digər ölkələrdə hansı uğurlara imza atıblar?
Masallı qadınlarının uğurlu həyat hekayələri həmişə diqqət mərkəzindədir. Biz 4 il öncə istər Masallıda, istərsə də Masallıdan kənarda yaşayan, uğurlu həyat hekayələri olan qadınların qısa siyahısını sizə təqdim etmişdik. “Masallının qürur duyduğumuz qadınları” adlı həmin yazının linki bu məqaləyə əlavə edilib.
Hansı ki, son 4 ildə onların bəzisi daha böyük uğurlara imza atdı, bəziləri isə heyf ki, “yazdığımız ada heç yüksəlmədi”.
Nə isə. Başlıqda bəyan etdiyimiz kimi hazırda Bakıda, eləcə də dünyanın bir sıra ölkələrində uğurlara imza atan masallılı qadınların daha geniş siyahısı ilə sizi məlumatlandırmağaçalışacağıq.
Kimlərinsə adına rast gəlməsəniz, bizi qınamayın. Elə bir mənbə yoxdur ki, biz bu şəxslər haqqında məlumatı toplum halında oradan əldə edək. 1 aydan artıqdır ki, bu siyahı üzərində işləyirik. Onlarla insana zəng etmişik. Yardımçı olanlar da tapıldı(Qoşqar Hətəmov, Məmmədağa Sadıqov, Hikmət Mikayılov və s...), biganə qalanlar da(Hələlik, adların çəkmirik).
Ona görə, kimləri unutmuşuqsa, kimlər haqqında məlumatsızıqsa, yaxud məlumatda qeyri - dəqiqlik varsa, zəhmət olmasa, şərh bölümünə yazın, yaxud bizimlə əlaqə saxlayın ki, siyahıya əlavə edək. (Əlaqə Zahir Əmənov050 322 75 23).
Qeyd: “Masallı rayonu üzrə alim qadınlar”(30-a yaxın alim qadın) və “Masallının qürur duyduğumuz qadınları” haqqında hazırladığımız yazıların linkləri ilə burada tanış ola bilərsiniz.
https://cenub.az/5575-qrur-duyduumuz-masalll-qadnlar.html
https://masallida.az/213-masalli-rayonu-uzr-alim-qadinlar.html
1. Rəsmiyyə Sabir. Masallının ilk qadın professoru. İqtisadiyyat üzrə ilk elmlər doktoru. Tanınmış şair
Rəsmiyyə Sabır (Masallı rayonu, Ərkivan qəsəbəsi) çağdaş Azərbaycan poeziyasının öndə gələn isimlərindəndir. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rəsmiyyə xanım Dünya Gənc Türk Yazarlar Birliyininyaradıcılarındandır. 2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə onun sözlərinə yazılmış mahnılardan ibarət "Səni aradım" adlı audio albom işıq üzü görüb.
Bir sıra şeir kitablarının müəllifidir.
Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olub.
2. Masallının Elmlər Doktoru elmi dərəcəsi alan 2 qadından biri
Yuxarıdakı məlumatda Masallının iqtisadiyyat üzrə İlk qadın elmlər doktoru, həm də tanınmış şair Rəsmiyyə Sabir haqqında qısa məlumat vermişdik. Bir neçə il öncə isə biz cenub.az və masallıda.az saytlarında sizə digərmasallılı qadın elmlər doktoru Bəsirə xanım Əzizullayevanı təqdim etmişdik.
Bəsirə xanım Masallının Əhmədli kəndində boya-başa çatmış, Asiya və Afrika ölkələri xalqlarının ədəbiyyatı ixtisası üzrə ixtisaslaşmış, filologiya elmlər doktoru adını qazanmış ilk masallılı xanımdır.
Bəsirə xanım Masallı rayonunun Təzə Alvadı İnzibati Ərazi Dairəsinə daxil Əhmədli kəndində, ziyalı ailəsində anadan olmuşdur. Atası müəllim, anası orta tibb işçisi olub. Ailədə 5 övlad olublar – 3 qız, 2 oğlan. Hamısı ali təhsillidir. 2 qardaşı və bacısı ABŞ-da çalışır, bir bacısı isə Bakı şəhərində müəllim işləyir.
45 illik ömrünü elmə həsr edən qadın, Cibran Xəlil Cibranın yorulmaz tədqiqatçısıdır.
Bir sıra Beynəlxalq tədbirlərdə Azərbaycanı uğurla təmsil edib.
3. Bağırova Arzu Zakir qızı
Əslən Masallı rayonunun Bədəlan kəndindəndir və həmin kənddə tam orta məktəbi bitirib.
Daha sonra Taras Şevçenko adına Kiyev Milli Universitetində Hüquq ixtisası üzrə bakalavr təhsili alıb, Həmin pilləni bitirdikdən sonra həmin universitetdə Dövlət İdarəçiliyi ixtisası üzrə magistr ixtisasına yiyələnib.
Daha sonra “Regional hüquq və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri kimi fəaliyyət göstərib.
Arzu Bağırova 2005-ci ildən özəl sektorda fəaliyyətə başlayıb. Hazırda “Gözəl Yaşam” Mərkəzinin təsisçisidir.
Arzu Bağırova ölkədə şəhid, qaziailələrinə, o cümlədən fiziki imkanları məhdud şəxslərə, tənha, yaşlı, aztəminatlı ailələrə göstərdiyi aktiv fəaliyyəti ilə tanınır. Arzu xanım onlarla gənc yazarın ilk kitablarının nəşr edilməsinə və onlarla gənc rəssamların ilk sərgilərinin, yaradıcılıq gecələrinin təşkil olunmasına, eləcə də bölgəmizin tarixi ilə bağlı 2 kitabın hazırlanıb çap olunmasınadəstək vermişdir. Regionlarda yaşayan onlarla qadının ilk sahibkarlıq fəaliyyətinə başlaması sahəsində dəonun uğurlu addımları olmuşdur.
A. Bağırova məktəblilər arasında kitab mütaliəsini artırmaq üçün region kitabxanalarına minlərlə kitab hədiyyə etmişdir
Azərbaycan Respublikasının Milli Məclisinin mədəniyyət komitəsinin sədri, rəhmətlik millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu bir sıra kitablar da onun dəstəyi ilə işıq üzü görmüşdür.
Ümumiyyətlə, Arzu Bağırovanındəstəyi ilə reallaşan xeyriyyə və humanitar tədbirlər onlarladır.
4. Elmira Hüseyn qızı Axundova Masallı əsillidir (Molloba kəndi)
— Azərbaycan Respublikasının Xalq yazıçısı (2018), nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri (2020–2023) və digər vəzifələrdə çalışmışdır. Şöhrət ordeninə layiq görülüb.
5. Əliyyeva Zöhra Qulamhüseyn qızı
Masallı rayonu. Türkoba kəndi.
Öncə M F. Axundov adına Azərbaycan Dövlət Dillər Universitetinin Rus dili və ədəbiyyat fakültəsini, daha sonra 2-ci təhsil kimi Azərbaycan Dillər Universitetini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. Respublikanın Əməkdar Mədəniyyət işçisidir. Həmçinin “Humay”, “Şəms” və digərmükafatlarına layiq görülüb. Uzun müddət Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri olub. Hazırda Mədəniyyət Nazirliyində“Film, video və video oyunlar”sektorunun əməkdaşı, həm də Mədəniyyət Nazirliyinin təsisçisi olduğu “Mədəniyyət/Gulture”jurnalının Baş redaktorudur.
Xatırladaq ki, Zöhrə xanım dəyərli alimimiz, türkobalı QulamhüseynƏliyevin qızıdır.
6. Lalə Məmmədova Nadir qızı.
Masallı rayonu, Ərkivan qəsəbəsi.
23 fevral 1978-ci ildə anadan olub. Atası rəhmətlik Nadir Məmmədov Ərkivanda anadan olub, coğrafiya elmləri doktoru idi.
Lalə Məmmədova Respublikanın Əməkdar artisti və filologiya üzrə fəlsəfə doktorudur.
Bu gün məşhur estrada müğənnisi "Məktəb illəri, "Səs, "Bu şəhər ikimizə dar", "Dəli eşq", "Qızıl lalədir adım", "Səni sevirəm" və s. mahnıları ilə məşhurdur.
7. Könül Nuriyeva. Masallı rayonunun Ərkivan qəsəbəsinin Bağlaküçəməhəlləsində anadan olub.
"Kitab bağçası Adrianna" adlı onlineKitab Evinin yaradıcısı, ölkənin tanınmış blogerlərindəndir.
K. Nuriyeva Bağlaküçə məktəbini əla qiymətlərlə başa vurub. 1994-1998- ciillərdə Xarici Dillər Universitetinin fransız dili və filologiyası fakültəsini bitirib. 4 il C. Cabbarlı adına Ərkivan Qəsəbə tam orta məktəbində fransız dili və tarix müəllimi kimi fəaliyyət göstərib. 2003-cü ildə isə ingilis dili ixtisasına yiyələnib.
İndiyədək ölkə və ölkə xaricindəki ədəbi saytlarda və jurnallarda çoxlu hekayələri və məqalələri çap olunub. O həm də Kitab bloqeri kimi müxtəlif kitablar haqqında saysız video-analizlərin müəllifi,
"Kitab bağçası Adrianna" adlı online Kitab Evinin yaradıcısıdır. İndiyədək bir çox, xüsusilə ucqar rayonlarda yerləşən kitabxanalara, eləcə də 44 günlük Qarabağ müharibəsi zamanında hərbi hospitallara təmənnasız olaraq kitablar hədiyyə edib.
Könül xanım sosial şəbəkə üzərindən sosial-əxlaqi, mənəvi- psixoloji məzmunlu çoxlu statusların müəllifidir.
8. Cəlalə Nəzəroğlu.
Masallı rayonunun Xırmandalı kəndində müəllim ailəsində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Müxtəlif illərdə Xəzər TV-də "Xəzər Xəbər"in aparıcısı və bölgə xəbərlərinin məsul redaktor, İnterAz TV-nin "Xəbərlər" departamentinin rəhbəri, ANS televiziyasında səhər departamentinin rəhbəri və "Salam, Azərbaycan" proqramının aparıcısı kimi fəaliyyət göstərib. 2019-cu ildə "Libraff" mağazalar şəbəkəsinin direktoru olub.
Həm də ASAN radioda yayımlanan “Ana dili”, REAL televiziyasında efirə gedən “Redaktor” layihələrinin müəllifi olmuşdur. Rəhbərlik etdiyi Diksiya Akademiyası MMC "ASAN xidmət"lə birlikdə "Ana dilində hekayəni danış" adlı natiqlik çempionatı keçirib.
Hazırda Diksiya Akademiyası MMC-yərəhbərlik etməkdədir.
9. Əliyeva Arzu Çinar qızı. Masallının ilk Qızılmedallı xanımı
Masallı rayonunun Ərkivan Qəsəbə 1 saylı tam orta məktəbini Qızıl, BDU-nun jurnalistika fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Hələ orta məktəbdə oxuyarkən inşa müsabiqəsində 25 min şagird arasında ölkə üzrə 1-ci yer tutub.
10. Sevda Namazova
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini. polkovnik-leytenant
Hal - hazırda Daxili işlər nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbində Hüquq fənnini tədris edir. (Sevda xanım haqqında daha ətraflı məlumatı olanlar bizimlə əlaqə saxlaya bilər)
11. Laləzar Nəzərova (Masallı Ərkivan)
2015-ci ildə Bakı Mühəndislik Universitetinin, yəni, keçmiş Qafqaz Universitetinin İngilis dilində tədris olunan Biologiya bölməsinə qəbul olub. Növbəti 4 il ərzində isə Biologiya üzrə bakalvrtəhsilini davam etdirib. Bu zaman kəsiyində, 2019-cu ildə yazdığı ilk elmi məqalə Trakya Universiteti tərəfindən nəşr edilir və çıxışı isə Ukraynada baş tutur. O, 2022-ci ildə Vilnüs Universiteti Təbiət elmləri mərkəzində Neyrobiologiya üzrə magistr təhsilinə daxil olmuş və hal-hazırda təhsilini Litvada davam etdirirməkdir. Bununla yanaşı Azərbaycandakı veteranların neyropsixoloji vəziyyəti ilə bağlı elmi tədqiqat aparır və bu mövzuda kitabların müəllifidir.
12. Ələkbərova Nigar Arif qızı.
Masallı şəhərində anadan olub. İ.Zülalovadına 5 saylı tam orta məktəbi və
Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib.
Almaniya. Frankfurt şəhər Bələdiyyəsindəinzibatı işlər üzrə idarə rəisi işləyir.
13. Şahsənəm Həsənova (Novruzov) İmamverdi qızı – (Ərkivan qəsəbəsi) Sumqayıt Regional Telekommunikasiya Qovşağının şöbə müdiri.
14. Gülarəxanım Ağammədova Rahib qızı- (Ərkivan qəsəbəsi) AzərSu şirkətində şöbə müdiri.
5. Zəhra Novruzova Bəyverdi qızı – (Ərkivan qəsəbəsi) Müdafiə Naziriyində maliyyə işləri üzrə aparıcı mütəxəssis.
16. Masallının ilk hərbi rabitəçi qızları - Səbirə Məmmədova Əlizadə qızı , Afaq Məmmədova Əlizadə qızı. (Ərkivan qəsəbəsi)
17. Məmmədova Kəmalə Təzəxan qızı
Ərkivan Qəsəbə tam orta məktəbini, daha sonra Pedaqoji Universitetini bitirib. Hazırda Moskvada “Kontrakt” Səhmdar Cəmiyyətində Baş iqtisadçı işləyir.
18. Qasımova Şəfa Salam qızı.
Masallırayonu. Ərkivan Qəsəbəsi. Azərbaycanda Beynəlxalq Univeristetini bitirib. Hazırda Rusiyada, Moskva şəhərində, Miçurinskirayonunda özəl şirkət sahibidir.
1-ci hissənin sonu. Yazının 2-ci bölümündə Masallıdan kənarda həkim işləyən, eləcə də ölkədən kənarda təhsil alan tələbə Masallı xanımlar barədə söhbət açacağıq.
Qafqaz.Media