Məhkəmə Saakaşvili haqda qərar verəcək… - BU GÜN EKS-PREZİDENTƏ DƏSTƏK AKSİYASI DA GÖZLƏNİLİR
09/12/2022 - 12:31
Bu gün, dekabrın 9-da məhkəmə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin cəzasının dayandırılmasını müzakirə edəcək.
Qafqaz.media xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsində keçiriləcək iclas saat 13:00-a təyin edilib.
Vəkillərin Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı vəsatətinə hakim Giorgi Arevadze baxacaq.
Eyni zamanda, Mixail Saakaşvilinin tərəfdarları və siyasətçiləri şəhər məhkəməsi yaxınlığında toplaşaraq aksiya keçirməyi planlaşdırır.
Qafqaz.media