Məhkəməsi Baydenin təbii qazın ixracına qoyduğu qadağanı ləğv edib

02/07/2024 - 07:01

Məhkəmə ABŞ prezidenti Co Baydenin mayeləşdirilmiş təbii qazın (LNG) ixracına qoyduğu qadağanı ləğv edib.APA xəbər verir ki, bu barədə Luiziana Dairə Məhkəməsinin məsələ ilə bağlı qərarında deyilir. Dövlət başçısının qərarının federal qanunları pozduğuna inanan 16 ştat bununla bağlı məhkəməyə müraciət edib.Məhkəmə hesab edib ki, iddiaçıların LNG ixracına qoyulan qadağanın məhkəməyə qədər ləğv edilməsi hüququ var. Buna görə də o, mayeləşdirilmiş təbii qazın ixracına qoyulan qadağanın dərhal tam aradan qaldırılması barədə vəsatəti təmin edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ